
Böyük Britaniya şahzadəsi Harrinin keçmiş sevgilisi, müğənni Elli Qoldinq ərə gedib.
Gununsesi.org “Times”a istinadən xəbər verir ki, “Love Me Like You Do” hitinin ifaçısı art-diler Kaspar Coplinqlə ailə həyatı qurub. Cütlük il yarım davam edən münasibətlərini rəsmiləşdirib. Onlar Yorkşirdə nikaha girib.
Mərasimdə iştirak edən qonaqlar arasında aktyor Orlando Bum, müğənni Keti Perri, şahazadələr Yevgeniya və Beatris, eləcə də onların anası Sara Ferqüson olub.