Şahzadənin Reyqana yazdığı məktub - O, DİANA İLƏ EVLİLİYİNİ “YUNAN FACİƏSİ"NƏ BƏNZƏDİB

  • By admin
  • 06 İyun 2017 11:32

02

İngiltərənin “Daily Mail” qəzeti Şahzadə Çarlzın ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın həyat yoldaşı Nensi Reyqana yazdığı məktubları dərc edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şahzadə Çarlz məktubunda Diana ilə olan evliliyini “Yunan faciəsi” ilə eyniləşdirib.

Belə ki, “Daily Mail” qəzeti məktubların orijinallarının bəzi hissələrinin fotoşəkillərini də çap edib.

Qeyd edək ki, Şahzadə Çarlzin bu məktubu Nensi Reyqan 1992-ci il iyunun 21-də evliliyi haqqında duyğularını yazıb. Çarlz məktubda Nensi Reyqan ilə şəxsi həyatı ilə bağlı xüsusi məlumatlarını paylaşıb.

Şahzadə Çarlzin “Mənim Sevimli Nensimə” xitabən yazdığı məktubda bunları qeyd edib: “Bir şey öz başınıza gələnə qədər onun nə olduğunu baça düşə bilməzsiniz. Bir gün sizə bütün hekayəni izah edərəm. Bir növ “Yunan faciəsi” səhnəyə qoyulsaydı, həqiqətən müvəffəqiyyət qazanardı”.

Anar

Gununsesi.info