Şahzadənin toyu 10 gün davam edəcək - Fotolar

Bruneydə şahzadə Əbdül Matinin toy mərasimi başlayıb.

 

Gununsesi.info xəbər verir ki, şəhzadə sultanın baş məsləhətçisinin nəvəsi Anişa İsa Kalebiçlə nikah masasına əyləşib. Bu münasibətlə ölkədə bayram tədbirləri keçirilir ki, bu da düz 10 gün davam edəcək.

Toy yanvarın 7-dən başlayıb. Mərasimin davamı yanvarın 11-də Bruneyin paytaxtı Bandar Səri Bəgavanda yerləşən Sultan Ömər Əli Seyfuddin məscidində baş tutub. Yanvarın 14-də dünyanın hər yerindən gələn, kral ailələrinin üzvləri olan qonaqlar üçün qala-ziyafət keçiriləcək. Tədbirdə Şahzadə Uilyam və Keyt Middltonun iştirakı gözlənilir.

Mərasimdən şəkilləri fotoqraf Muaş Rosman sosial media hesabında yayıb.