Gununsesi.info Daily Mail-ə istinadən bildirir ki, “Givenchy” brendinin əsəri olan, 150 min dollar dəyərindəki gəlinlik geyinmiş 36 yaşlı Meqanın başında əvvəlllər kraliça 2-ci Yelizavetanın nənəsi kraliça Teksli Mariyaya məxsus olmuş brilyant tiara vardı.
1932-ci ildə hazırlanmış bu tiaranın dəyəri 450 min funt-sterlinqdir. Platindən hazırlanan tiara brilyant və almaz qaşlarla bəzədilib.
Hədiyyə edilən və ümumi dəyəri 1 milyon funtdan artıq olan zinət əşyaları arasnıda 140 min funtluq bəxt üzxüyü, 60 min funtluq sırğalar, 241 min funtluq “Cartier” bilərziyi, 160 min funtluq nişan üzüyü də var.