Şahzadə Diananı canlandıracaq aktrisa məlum oldu

  • By admin
  • 18 İyun 2020 14:35

Məşhur rejissor Pablo Larrain şahzadə Diananın həyatından bəhs edən film çəkir.

Gununsesi.org “Qafqazinfo”-ya istinadla xəbər verir ki, o, artıq ekran işinin baş qəhrəmanını oynayacaq aktrisa ilə danışıqlar aparıb. Diana obrazını 30 yaşlı Kristen Stüart canlandıracaq.

Rejissorun sözlərinə görə, filmdə mərhum şahzadənin bir neçə günlük həyatından bəhs olunacaq.

Larrain layihədə bütün diqqəti Uels şahzadəsinin evliliyinin pozulduğu və onun xanımının gələcək kral arvadının statusundan imtina etmək qərarına gəldiyi 1900-cı illərə yönəldib.


 

 

Gununsesi.org