Şahzadə Harri və həyat yoldaşı jurnalistləri məhkəməyə verdi

  • By admin
  • 24 İyul 2020 15:33

Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl onların şəxsi həyatına müdaxilə edən jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıblar.

Gununsesi.org-un məlumatına görə, “Sky News”a bu barədə cütlüyün vəkilinə istinadən xəbər yayıb.

Şahzadə Harri və həyat yoldaşı Los-Ancelesdəki məhkəməyə müraciət ediblər. Müraciətdə qeyd olunub ki, onların yaşadığı ünvan barədə ilk dəfə olaraq “Daily Mail” nəşrində xəbər dərc edilib.

Nəticədə, jurnalistlər dəfələrlə şahzadə Harri və Meqan Marklın şəxsi mülklərinə daxil olmağa çalışıb, yaşadıqları mülkün ərazisində dronlar görünüb.

Gununsesi.org