Şahzadə ölkəsinin yox ediləcəyindən qorxur - Sensasion iddia / FOTO

  • By admin
  • 20 Sentyabr 2019 10:35

Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman ölkənin neft müəssisələrinə dron hücumundan sonra ağır günlər keçirir.

Gununsesi.org xəbər verir ki, “Əl-Nəşrə” adlı xəbər saytı şahzadənin psixologiyasının pozulduğunu bildirib.

Mənbə qeyd edib ki, Bin Salma dron hücumundan sonra depressiyaya girib və sakitləşdirici dərmanların dozasını iki dəfə artırıb.

Səudiyyə Ərəbistanının Tvitter fenomeni Müctəhid isə Məhəmməd Bin Salma haqda bunları yazıb:

“Bin Salman hər nə qədər sakit görünsə də, əslində narahat və həyəcanlıdır. O bu dəfə ölkələrini yox edəcək savaş və neft olaylarını ciddiyə alıb. Vəziyyəti qaydasına salmasalar, onları yox edəcəklərini düşünürlər”.