Şahzadənin hədiyyəsi - yaqut və brilliantla bəzədilmiş üzük oldu

  • By admin
  • 20 May 2018 15:42

Şahzadə Harri anasının üzüyünü həyat yoldaşına hədiyyə edib

Şahzadə Harri toy günü həyat yoldaşı Meqan Markla anası – şahzadə Diananın yaqut və brilliantla bəzədilmiş üzüyünü hədiyyə edib.

 

Gununsesi.info Lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə Daily Mail yazır.

1997-ci ildə Diananın ölümündən sonra oğulları Uilyam və Harri onun xatirə əşyalarını öz aralarında bölüşüblər.

Uilyamın payına “Cartier Tank Francaise”dan olan saat, Harriyə isə zərgərlik evinin hazırladığı üzük düşüb.