Şair İlyas Tapdıq ev şəraitində müalicə olunur

  • By admin
  • 08 İyun 2016 16:32

ilyastapdig

 

Azərbaycanın tanınmış şairi İlyas Tapdıq ev şəraitində müalicə olunur.

Gununsesi.info xəbər verir ki, bu barədə  məlumat verən İlyas Tapdıq bütün “günahlar”ın qocalıqda olduğunu deyib.

Şair bildirib ki, hazırda səhhəti yaxşıdır: “İndi evdəyəm. Müalicələrim davam edir. Özümü nə yaxşı, nə də çox pis hiss edirəm. Yaş 80-i keçdikdən sonra bütün problemlər başlayır. Hamısı qocalıqdandır. Dostlar tez-tez zəng edir, əhvalımla maraqlanırlar”.

Qeyd edək ki, İ.Tapdıq 1934-cü ildə anadan olub.  (Report)