Azərbaycanlı şair Sayman Aruz səhhətində yaranmış problemə görə xəstəxanaya yerləşdirilib. Gununsesi.info-nun xəbərinə görə, bu barədə şair Ramiz Rövşən özünün “Facebook” səhifəsində yazıb. Ramiz Rövşən bildirib ki, ürək tutmasından xəstəxanaya aparılan şairin vəziyyəti pisdir: “Xətrini çox istədiyim dəyərli şairimiz Sayman Aruz bir neçə saat öncə kəskin ürək tutmasından özünü itirmiş, xəstəxanaya yerləşdirilmişdir. Hazırda ölümlə üzə-üzə olan şairə şəfa diləyirik”.