Şairin yaradıcılıq gecəsi keçiriləcək

27 may 2023-cü il, saat15:00-da Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə yerləşən Kəlbəcər rayon Mədəniyyət sarayında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Bəhmən Vətənoğlunun yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçiriləcək.

Gununsesi.info bildirir ki, Kəlbəcər rayon İcra Hakimiyyəti, YAP Kəlbəcər rayon Təşkilatı, Gəncə Regional Mədəniyyət İdarəsinin Kəlbəcər rayon nümayəndəliyi və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən təşkil olunacaq gecədə Bəhmən Vətənoğlunun yaradıcılığından danışılacaq.