
“Türkiyənin İstanbul şəhərində yerləşən Atatürk hava limanında baş verən terrorda şübhəli bilinən çeçen Əhməd Çatayevi Bidzina İvanişvili hakimiyyəti həbsdən buraxıb”. Gununsesi.info-nun məlumatına görə, bunu Ukraynanın Odessavilayətinin qubernatoru olan Mixail Saakaşvili öz “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, Atatürk hava limanında hücumda şübhəli bilinən, əslən Çeçenistandan olan Çatayev bir neçə ay Gürcüstanda həbsdə olub.