Saakaşvili xalqı mitinqlərə səslədi -Gürcü polisini isə xalqın tərəfində durmağa səsləyirəm

  • Müəllif: admin
  • 29 Noyabr 2018 09:18

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili prezident seçkilərinin nəticələrini qəbul etməyərək xalqı kütləvi etiraz aksiyasına çağırıb.

“Gununsesi” xəbər verir ki, Saakaşvili “Rustavi-2” kanalına müsahibəsində bunları deyib:

“Biz bu seçkiləri qəbul etmirik. Mən sabahdan etibarən Gürcüstanın bütün vətəndaşlarını hakimiyyətə kütləvi itaətsizliyə çağırıram. Gürcü polisini isə xalqın tərəfində durmağa səsləyirəm”.

Qeyd edək ki, “exit-poll”un nəticələrinə görə, Salome Zurabişvili prezident seçkilərinin ikinci turunda qalib elan edilib.

Gununsesi.org