Türkiyənin Sakarya şəhərinin Hendek rayonunda fabrikada baş vermiş partlayışda 20 nəfər yaralanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “TRT Haber” “Anadolu”ya istinadən bildirib.
“Makaron fabrikasında hələlik müəyyənləşdirilməmiş səbəbdən partlayış baş verib. Partlayışdan sonra yanğın başlayıb”, – məlumatda qeyd olunub.
İlkin məlumata görə, hadisədə 20 nəfər yaralanıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info