![](https://www.gununsesi.info/wp-content/uploads/2023/11/ehali.jpg)
Qusarda kəndin adının dəyişdirilməsi sakinlərin narazılığına səbəb olub.
Gununsesi.info bildirir ki, söhbət Əvəcuq kəndindən gedir.
Belə ki, kəndin adı Əvəcük olaraq dəyişdirilib. Sakinlər isə bundan təsadüf nəticəsində xəbərdar olublar.
Onlardan xəbərsiz, rəyləri öyrənilmədən kəndlərinin adının dəyişdirilməsinə narazılıq edən sakinlər bildirirlər ki, mövcud vəziyyətə görə şəxsiyyət vəsiqələrindən tutmuş, digər rəsmi sənədlərədək dəyişmək məcburiyyətindədirlər.
Sakinlər deyir ki, bu barədə kənd orta məktəbinin adını ifadə edən lövhədə xəbər tutublar.
Gununsesi.info