Sakinlərin diqqətinə: Bu ərazidə qaz olmayacaq

  • By Ayshan
  • 02 Dekabr 2025 10:33

Sumqayıt şəhərinin bəzi hissələrində qaz təchizatında müvəqqəti fasilə olacaq.

“Azəriqaz” İB Sumqayıt QİS-dən Gununsesi.info-ya verilən məlumata görə, balans qovşağının mövcud şəbəkəyə qoşulması ilə əlaqədar dekabrın 2-də Sumqayıt şəhəri, Sarıqaya bağları ərazisində 550 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi işlər tamamlandıqdan sonra bərpa ediləcək.

Gununsesi.info