
02 iyun 2023-cü il tarixində səhər saatlarından başlayaraq gün ərzində Bakı şəhəri Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat alıb.
Qeyd edək ki, içməli suyun verilməsində olan məhdudiyyətlər magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədardır.
Gununsesi.info