Sakinlərə poçtla naməlum toxum göndərdilər

  • By admin
  • 25 İyul 2020 13:59

ABŞ-ın Virciniya ştatının sakinlərinə Çindən gəldiyi və invaziv bitki növlərinin toxumu ola biləcəyi güman olunan toxumlar göndərilib.

Gununsesi.info xəbər verir ki, Ştatın Kənd Təsərrüfatı Departamentinin (VDACS) veb saytında yayımlanan məlumatda bildirir ki, bir neçə ştat sakininə Çindən qaynaqlandığı görünən, içində toxum olan sifariş etmədikləri bağlamalar gəlib:

“Bağlamalardakı toxumların növü bilinmir, onlar invaziv bitki növləri ola bilər. Xahiş olunur, bu toxumları əkməyin”.

Toxum bağlaması alan hər kəsdən yerli hakimiyyət orqanlarına müraciət etmələri xahiş olunub.

Gununsesi.info