Sakinlərin bağladığı Ermənistan – Gürcüstan dövlətlərarası avtomobil yolu açılıb

  • By ilhame
  • 20 Aprel 2024 19:00

Polis Tavuş rayonunun sərhəd kəndlərinin sakinlərinin bağladığı Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunu açıb.

Gununsesi.info Ermənistan KİV-inə istinadən xəbər verir ki, etirazçılardan bəziləri avtomobilləri yığışdırmağa razılaşıblar.

Bildirilib ki, sakinlərin razılaşmasına səbəb onlara baş nazirin müavini Mher Qriqoryanla görüşün vəd edilməsi olub.

Gununsesi.info