“Şakira” ləqəbli kolumbiyalı müğənni İzabel Mebarak Ripoll İspaniyada 8 il 2 ay həbs cəzası aldığı vergidən yayınma işi ilə bağlı ittihamları qəbul edib və sövdələşməyə başlayıb.
Gununsesi.info xəbər verir ki, Barselona Əyalət Məhkəməsində bu gün başlayan məhkəməyə gələn Şakiranı izdihamlı mətbuat qrupu izləyib.
Məhkəmə mənbələrindən əldə edilən məlumata görə, İspaniyada yaşadığı dövrlə əlaqədar 2012-2014-cü illər arasında 6 müxtəlif cinayətə görə Maliyyə Nazirliyindən 14,5 milyon avro vergidən yayınmaqda ittiham olunan Şakiranın razılaşdığı bildirilib. Müğənni 2,9 milyon avro cərimə ödəyəcək.
Normal şəraitdə 117 nəfərin şahid qismində cəlb olunduğu işin 12 iclas davam edəcəyi gözlənilirdi.
“Barselona”nın keçmiş futbolçusu Gerard Pike ilə birlikdə bir müddət Barselonada yaşayan Şakira ölkə qanunlarına görə 183 gündən çox burada yaşadığı üçün vergi ödəyicisi olub.
Prokurorluq Şakiranı İspaniyada vergi ödəməmək üçün gəlirlərini və aktivlərini İspaniya Vergilər İdarəsindən gizlətməkdə və Britaniya Virgin Adaları, Kayman adaları, Malta, Panama və Lüksemburqda yerləşən şirkət şəbəkəsinə köçürməkdə ittiham edib.
Prokurorluq Şakiraya 8 il 2 ay həbs və ümumilikdə 23 milyon avroya yaxın cərimə tələb edirdi.
Gununsesi.info