Amerikanın tanınmış rahibi, keçmiş futbol məşqçisi Dave Daubenmire “Super Bowl”un təşkilatçılarını məhkəməyə verib.
Gununsesi.org-un xəbər verir ki, o, Cennifer Lopezin striptiz şousunun, eləcə də Şakiranın oriyental rəqsinin TV qaydalarına uyğun olmadığını, dəyərlərə qarşı çıxıldığını bildirib:
“Bu şounu izləməyimiz barədə bizə öncədən xəbər verilmədi. Televizorda bütün cinsi bölgələr nümayiş etdirildi. Dini dəyərlərə zidd bir haldır”.
Daubenmire təşkilatçılardan 867 trilyon dollar təzminat alacağını qeyd edib.