Şakira etraf etdi

  • By ilhame
  • 17 Mart 2024 16:30

Kolumbiyalı müğənni Şakira karyerasını keçmiş əri, futbolçu Jerar Pikeyə qurban verdiyini etiraf edib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə məşhur “The Sunday Times”a müsahibəsində bildirib.

 

Belə ki, bu haqda fevral ayında yeddi ildən sonra ilk albomunu elan edən Şakira jurnalistlə söhbətində niyə bu qədər fasilə verməsini açıqlayan zaman danışıb.

 

“Pikenin futbol oynaması üçün onun yanında olmağa görə karyeramı uzun müddət dayandırdım. Mən sevgi üçün çox şey qurban verdim”, – deyə Şakira vurğulayıb.

 

Qeyd edək ki, 36 yaşlı Pike və 46 yaşlı Şakira 11 illik vətəndaş nikahından sonra ayrılıblar. Onların iki oğlu var. Cütlük 2022-ci ilin yayında ayrılıb. Buna səbəb futbolçunun müğənniyə xəyanət etməsi olub.

Gununsesi.info