Şakira oğulları ilə İstanbulda - Fotolar + Video

  • By admin
  • 11 İyul 2018 10:29

Şakira oğulları ilə İstanbulda

Ötən gecə Livan əsilli dünya ulduzu Şakira Türkiyəyə gəlib. O, “Vodafone Park”dakı konserti üçün İstanbula təşrif buyurub

Sənətçini hava limanında media nümayəndələri qarşılayıb, ona türk paxlavası təqdim ediblər. Şakira isə hər kəsə təşəkkürünü bildirib, konsertin maraqlı keçəcəyini bildirib.

Bu gün Türkiyə vaxtı ilə 21:00-da başlayan konsert ərəfəsində Küçük Çiftlik küçəsindən Şəhidlər Təpəsinədək, Əsgər Ocağı küçəsindən  Dolmabahçe istiqamətində olan bütün yollar bağlanacaq, Taksim-Harbiye, Bomonti Tünelində hərəkət dayandırılacaq.

Qeyd edək ki, Şakira İstanbula 5 yaşlı oğlu Milan və 3 yaşlı oğlu Saşa ilə gəlib.