“Barselona”nın futbolçusu Cerard Pike və müğənni həyat yoldaşı Şakiranın evi qarət edilib.
Gununsesi.info İspaniya mətbuatına istinadən xəbər verir ki, qarət zamanı ev sahibləri evdə olmayıblar.
Oğrular cütlüyə aid zinət əşyalarını götürüblər. Pikenin valideynləri polisə şikayət edib.
Oğurluq zamanı Pike İspaniya yığmasının düşərgəsində, Şakira isə Almaniyada konsertdə olub.