Şakira xəstəxanaya yerləşdirildi

  • By Günel
  • 17 Fevral 2025 13:00

Məşhur müğənni Şakira konsert verdiyi Peruda mədə narahatlığından əziyyət çəkərək xəstəxanaya yerləşdirilib.

Gununsesi.info dunya.com – a istinadən xəbər verir ki, dünya şöhrətli sənətçi Şakira konsert verdiyi Peruda mədə narahatlığı ilə xəstəxanaya yerləşdirilib.

Şakira verdiyi açıqlamada:

“Dünən gecə qarın ağrısı səbəbiylə təcili yardıma getməli olduğumu və hazırda xəstəxanada olduğumu təəssüflə sizə xəbər verirəm. Həkimlər bu axşam çıxış edəcək qədər yaxşı olmadığımı söylədi. Ümid edirəm ki, sabah daha yaxşı olacağam və tez bir zamanda xəstəxanadan çıxıb sizə hazırladığım şounu təqdim edəcəm” deyib.

Qeyd edək ki, Şakira ötən həftə Braziliyada başlayan turne çərçivəsində 10 ildən sonra ilk dəfə Perunun paytaxtı Limada çıxış etməli idi.

Günel Həsənova

Gununsesi.info