On iki “Qremmi” mükafatçısı, dünyanın məşhur ulduzu Şakira 11 il sonra Türkiyədə konsert verməyə hazırlaşır. Gununsesi.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, “El Dorado” konsert turu çərçivəsində İstanbulda səhnəyə çıxacaq sənətçi yaradıcı heyətini qabaqcadan sözügedən ölkəyə göndərib.
O, özəl günü üçün alış-veriş etdirib. Məlum olub ki, Şakiranın 3 əməkdaşı Kapalıçarşıdan özəl oriyental geyim alıb.
Bundan əlavə, o, İspaniyadakı evi üçün iki xalça və müxtəlif növ ədviyatlar aldırıb. Onların 75 min TL-lik alış-veriş etdikləri ortaya çıxıb.