Şakiradan Məhsa Əmini ilə bağlı paylaşım -FOTO

Dünyaşöhrətli müğənni Şakira İranda əxlaq polis tərəfindən saxlanıldıqdan bir neçə gün sonra vəfat edən Məhsa Əmini ilə bağlı tviterdə paylaşım edib.

Gununsesi.info xəbər verir ki, qadının fotosunu paylaşan ifaçı bu sözləri yazıb:

“Mənim ürəyim Məhsa Əmininin ailəsi, İranın qadın və qız məktəbliləri və söz azadlığı üçün mübarizə aparan hər kəslədir”.

Qeyd edək ki, M. Əminin ölümündən sonra İranda kütləvi etirazlar başlayıb, 100-ə yaxın insan ölüb.

Gununsesi.info