Şakiraya xəyanət edən Jerar bu dəfə başqa qadın ilə birlikdə görünüb

  • By admin
  • 21 İyun 2022 21:45

Ötən ay xəyanətə görə dünyaca məşhur müğənni Şakiradan ayrılan futbolçu Jerar Pike bu dəfə İsveçdə başqa qadın ilə görünüb.

Gununsesi.info xarici KİV-lərə istinadən bildirir ki, ötən həftə sonu İsveçin paytaxtı Stokholmda olan 35 yaşlı Jerar Pikenin sosial şəbəkələrdə bir qadın ilə fotosu yayılıb. Restoranları birində çəkilən fotonu isə restoran sahibəsi, eyni zamanda blogger və aparıcı olan Ketrin yayıb. O, qeyd edib ki, futbolçuya yaxınlaşaraq, oğlu ilə salamlaşmasını xahiş edib, futbolçu isə onun bu xahişinə məhəl qoymayıb.

Hazırda İspaniya mətbuatı Pikenin yanında olan ağ papaqlı gənc qadının kimliyini araşdırmağa çalışır.

Gununsesi.info