Sakit okeanda itkin düşmüş bərənin 7 sərnişini tapılıb

  • By admin
  • 28 Yanvar 2018 11:22

Yeni Zelandiyanın Hava Qüvvələri içərisində Sakit okeanda itkin düşmüş bərənin 7 sərnişini olan qayıq aşkar edib.

Gununsesi.info xəbər verir ki, qayıq Sakit okeanda yerləşən Nauru ada dövlətinin sahillərindən 300 km məsafədə tapılıb. Sərnişinlər qayıqdan təxliyyə olunub.

Bərəni digər sərnişinlərinin axtarışları davam etdirilir.

Qeyd edək ki, bərə dekabrın 18-də Nonouti adasının limanından çıxıb və dekabrın 20-də Kiribatinin paytaxtı Cənubi Taravaya gəlməli idi. Lakin bərə təyin olunmuş vaxtda gəlib çıxmayıb. Bərə ilə əlaqə kəsildiyinə görə, axtarışlar başlanılıb.

Gununsesi.info