
“Mən ümid edirəm ki, Saleh Rüstəmovun adı imzalanacaq əfv siyahısında olacaq. Həbsdə olduğu zaman keçirdiyi aclıq aksiyası orqanizmində bir sıra fəsadlar yaradıb”.
Bunu Gununsesi.info-ya açıqlamasında vəkil Bəhruz Bayramov qarşıda gözlənilən əfv sərəncamı siyasi məhbus Saleh Rüstəmovun adının daxil edilib-edilməməsinə dair suala cavabında deyib.
Vəkilin sözlərinə görə, Saleh Rüstəmovun azadlığa buraxılması üçün vətəndaş cəmiyyəti qurumlarından, habelə dünyanın nüfuzlu insan haqları təşkilatlarından hökumətə müraciətlər olub.
Gülnar Məmmədli
Gununsesi.info