Penitensiar Xidmət Saleh Rüstəmovun aclığı dayandırması xəbərini yaydı - VƏKİL DEYİR Kİ…

  • By admin
  • 16 Dekabr 2021 14:49

Hazırda həbsdə olan  Gədəbəy rayonunun sabiq icra başçısı Saleh Rüstəmli aclıq aksiyasını dayandırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə  Penitensiar Xidmət məlumat yayıb.

Bildirilib ki, hazırda onun səhhəti normaldır.

Saleh Rüstəmovun vəkili  Bəhruz Bayramov da  Gununsesi.info- ya açıqlamasında xəbəri təsdiq edib.Onun sözlərinə görə, Saleh Rüstəmli aclığı dayandırmasa ölə bilərdi:  “Biraz da gec olsaydı, ölümlə nəticələnəcək hadisə olacaqdı. Həkimi Adil Qeybullanın və  bacısının təkidi ilə bu addımı atdı”.

Qeyd edək ki, vəkil Bəhruz Bayramov Saleh Rüstəmovla səhhətinin çox zəifləməsi səbəbindən (sistem altında olduğu üçün) görüşə bilməyib.Telefon əlaqəsi zamanı Saleh Rüstəmov  aclıq aksiyası keçirənləri aksiyanı dayandırmağa çağırıb.

Qeyd edək ki, 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı vəzifəsində çalışmış S.Rüstəmli 2018-ci ildə həbs olunub.

Onun barəsində Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü S.Rüstəmli 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Həbsini qanunsuz hesab edən Saleh Rüstəmov 40 günə yaxındır ki, aclıq edirdi.

Bir sıra beynəlxalq qurumlar da hakimiyyəti  Saleh Rüstəmovu azad etməyə çağırıb.

Gununsesi.info