Saleh Rüstəmovun həbsdən görüntüsü yayıldı -Foto

  • By admin
  • 18 Dekabr 2021 16:50

Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmovun fotosu yayılıb.
Gununsesi.info xəbər verir ki, həmin fotonu müəssisədə Saleh Rüstəmovu müayinə edən həkim Adil Qeybulla paylaşıb.
Bununla bağlı paylaşımında Adil Qeybulla yazıb:

Salam dostlar,
Saleh Rüstəmlinin sağlıq durumu ilə bağlı mətbuatda gedən bəzi informasiyalar həqiqətə uyğun deyil. Müalicə Müəssisəsinin həkimləri ilə birgə onun səhhətini ciddi nəzarət altında saxlayırıq.
Saleh bəyin sağlamlığının bərpası istiqamətində tədbirlər aclığı dayandırmaqdan xeyli əvvəl başlayıb. Alimentar qidalanmaya keçdikdən sonra isə bərpa prosesi sürətlə gedir. Aşağıdakı şəkil aclığın dayandırıldığı gün çəkilib. Bu şəkli Saleh bəy azadlığa çıxandan sonra Sizlərə təqdim etmək fikrində idim. Lakin yersiz və əsassız şaiyələri təkzib etmək zərurəti yarandığından buna məcbur oldum. Qısa video sujet də var.
Gəlin hamılıqla arzu edək ki, Saleh bəyin səhhəti tezliklə tam bərpa olsun və o, layiq olduğu azadlığına qovuşsun.

Hörmətlə,
Adil Qeybulla

Gununsesi.info