“Nümayişlərdə polisi təxribata çəkmək istəyən radikal qruplar var”.
Gununsesi.info “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.
Papuaşvili açıqlamasında bunları qeyd edib:
“Bu günlərdə yüksək peşəkarlıq nümayiş etdirən, bütün provakasiyalara baxmayaraq, mitinqdə ifadə azadlığının qorunmasını və vətəndaşların təhlükəsizliyini təmin edən polislərimizə təşəkkür edirəm”.
Qeyd edək ki, bir neçə gündür Gürcüstan parlamenti qarşısında “Xarici təsirin şəffaflığı” haqqında qanun layihəsinin müzakirəsi ilə əlaqədar kütləvi etiraz aksiyaları keçirilir. Bildirilir ki, layihəyə müxalifət, qeyri-hökumət təşkilatları və Gürcüstanın qərb tərəfdaşları etiraz edirlər.
Dünən isə parlamentdə qalmaqallı qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Gununsesi.info