Salvadorda nazirliyin binasında yanğın baş verdi: 3 nəfər öldü, 15 nəfər yaralandı

  • By admin
  • 08 İyul 2017 08:09

salvador

Salvadorun paytaxtı San-Salvadorda maliyyə nazirliyinin binasında yanğın baş verib.

Gununsesi.info-nun “Kommersant”-a istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 3 nəfər ölüb, 15 nəfər yaralanıb. Yaralılardan 7-nin vəziyyəti ağır kimi qiymətləndirilir.

Yanğın zamanı xilasedicilər tərəfindən 50-dək nazirlik əməkdaşı təxliyə olunub. İlkin versiyaya əsasən, yanğına binanın soyutma sistemində yaranan qısaqapanma olub. Hazırda yanğının söndürüldüyü bildirilir.

Gununsesi.info