Salyanda 15 yaşlı qızı elektrik cərəyanı öldürdü

  • By admin
  • 11 İyul 2021 14:48

Salyanda 15 yaşlı qızı elektrik cərəyanı vuraraq öldürüb.

Gununsesi.info-nun məlumatına görə, hadisə Salyan rayonunun Qarabağlı kəndində qeydə alınıb. Kənd sakini, 2006-cı il təvəllüdlü Əkbərova Fidan Qulam qızı həyətdə su sulayarkən onu elektrik cərəyanı vuraraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info