Salyanda 20 yaşlı gənc intihar edib

  • By admin
  • 15 Mart 2020 18:37

Gununsesiaz.info-nun APA-ya istinadən məlumatına görə, Salyan rayonunun Təzəkənd kənd sakini, 2000-ci il təvəllüdlü Həsənov Həsən Cəmaləddin oğlu özünü evlərinin qarşısındakı çardaqdan asaraq intihar edib.

Yaxınları onun intihar etməsinin səbəbini bilmirlər. Məlumata görə, anasına deyib ki, gedirəm namaz qılmağa. Saat 14 radələrində isə yaxınları 20 yaşlı gənci çardaqdan asılmış vəziyyətdə aşkar ediblər.

Gəncin meyiti müayinə üçün Salyan Şəhər Xəstəxanasının morquna təhvil verilib.

Faktla bağlı Salyan Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

 

Gununsesiaz.info