Salyanda 23 yaşlı gənci qətlə yetirməkdə şübhəli sayılan şəxs saxlanılıb

  • By admin
  • 11 Sentyabr 2016 18:47

sa

 

Salyanda 23 yaşlı gənci qətlə yetirməkdə şübhəli sayılan şəxs polis tərəfindən saxlanılıb.

Gununsesi.info-nun məlumatına görə, bu gün Salyan rayon sakini, 1993-cü il təvəllüdlü Davudov Ağaverdi Sakit oğlunu qətlə yetirməkdə şübhəli sayılan Salyan rayon sakini 1996-cı il təvəllüdlü  Qurbanov Ağaqulu Qubad oğlu saxlanılıb.

Qətlin motivi araşdırılır.

Qeyd edək ki, bu gün saat 12.30 radələrində Salyan şəhərində  üzərində bıçaq yarası olan gənc aşkar edilib. Onun Salyan rayon sakini, 1993-cü il təvəllüdlü Davudov Ağaverdi Sakit oğlu olduğu müəyyən edilib. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılsa da, yolda keçinib.

 

 

Gununsesi.info