Salyanda 3 otaqlı ev yanıb - FOTOLAR

  • By admin
  • 26 Sentyabr 2016 09:40

ev1

Salyanda 3 otaqlı fərdi yaşayış evi yanıb.

Gununsesi.info xəbər verir ki, hadisə Salyan şəhəri Ağa Mirbağırağa küçəsi, dalan 4 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 53 yaşlı Məmmədrza Nəcəfova məxsus 3 otaqdan ibarət fərdi yaşayış evi anidən alovlanmağa başlayıb. Bu barədə məlumat daxil olan kimi hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Salyan yanğından mühafizə hissəsinə məxsus 2 yanğınsöndürən maşın cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb və alovun digər tikililərə keçməsinin qarşısı alınıb. Buna bağmayaraq ümumi sahəsi 90 kvadratmetr olan evin 60 kvadratmetri içindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

ev5 ev3 ev4 ev2 ev ev-yan

Gununsesi.info