
Salyan rayonunda yol nəqliyyat hadisəsi baş verib, mikroavtobus və minivan tipli nəqliyyat vasitələrinin toqquşması nəticəsində xəsarət alanlar olub.
Gununsesi.info xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun Babazanlı qəsəbəsi ərazisində qeydə alınıb.
“Ford” markalı mikroavtobus və “Mercedes Vito” markalı nəqliyyat vasitəsi toqquşub. Qəza zamanı xəsarət alanlar – Qafarov Elnur, Səmədov Samid, Eldarov Davud və Həsənov Cəmil Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ələt-Atara avtomobil yolunun Babazanlı qəsəbəsi ərazisində qeydə alınan qəza zamanı xəsarət alan digər səkkiz nəfər – Cəbiyev İntiqam, Gözəlov Adıgözəl, Əliyev Zamiq, Əliyev Cənnətalı, İbrahimov Cavad, Həsənov Şəfayət, Rəhmanov İbrahim, İsmayılov İsmayıl adlı şəxslərdir.
Gununsesi.info