Salyanda ağır yol qəzası- 5 ÖLÜ

Salyanda ağır yol qəzası

qeza_0235

Salyanda 4 qadının ölümü ilə nəticələnən qəzada xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, sentyabr 19-da yeni inşa olunan Ələt-Astara avtomobil yolunda “Mercedes” və “VAZ 2106” markalı iki avtomobilin toqquşması nəticəsində 4 qadın hadisə yerində ölmüş, 3 nəfər xəsarət almışdı.

Xəsarət alanlardan “VAZ 2106” markalı avtomobilin sərnişini, Saatlı rayon sakini, 27 yaşlı Hüseynov Babək Xanəhməd oğlu bu gün səhər saatlarında Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində ölüb.

Gununsesi.info

COMMENTS