Salyanda ağır yol qəzası

  • By admin
  • 18 İyul 2022 09:36

Salyanda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin 20 yanvar küçəsində qeydə alınıb.

Belə ki, “VAZ-2106” markalı avtomobillə “Vita” markalı avtomobil toqquşub. Qəza nəticəsində iki nəfər ağır yaralanıb.

Yaralılar komotoz vəziyyətdə olduğundan Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hər iki yaralının şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info