Salyanda ana və oğlu öldürüldü - Əmi saxlanıldı

Bu gün Salyanda daha bir dəhşətli qətl törədilib.

Gununsesi.info Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə saat 16 radələrində rayonun Pambıqkənd kəndində baş verib.

1963-cü il təvəllüdlü Rahilə Əliyeva və onun oğlu, 1992-ci il təvəllüdlü Bəhruz Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1981-ci il təvəllüdlü Ziya Əliyevin aralarında yaranmış mübahisə zamanı kəsici alətlə zərbələr endirərək qardaşı arvadı Rahilə Əliyeva və onun oğlu Bəhruz Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisədən sonra Ziya Əliyev könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində tutulub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Qeyd edək ki, bu gün Salyanın Kərimbəyli kəndində ər-arvad qətlə yetirilib.

 

 

 

Gununsesi.info