Salyanda avtomobil daşıyan yük maşını aşıb – FOTO

  • By admin
  • 13 Oktyabr 2017 23:25

e2506ec1-31b1-4e96-b25d-d0e321952378
Salyanda avtomobil daşıyan yük maşını aşıb.
“Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Kürsəngi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qoşqusunda bir neçə avtomobil daşıyan yük maşını idarəetməni itirərək yolun kənarına aşıb. Nəticədə yük maşınının qoşqusunda olan minik avtomobilləri əzilərək yararsız hala düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info