Salyan ərazisindən keçən Ələt-astara magistral yolunda avtomobil iki piyada qadını vurub, Onlardan biri ölüb, digəri isə yaralanıb.
Gununsesi.info xəbər verir ki, qəza hadisəsi ötən gün axşam saatlarında Ələt-Astara magistral yolunun 46-cı kilometrliyində rayonun Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, yolukeçmək istəyən iki piyada qadını avtomobil vurub. Hadisə yerinə Baş Dövlət Yol polisinin, rayon polis şöbəsinin əməkdaşları gəlib. Müəyyən edilib ki, ölən qadın Neftçala rayonunun Yuxarı Qaramanlı kənd sakini, 42 yaşlı Səidə Qurbanova, yaralanan isə Şirvan şəhər sakini, 53 yaşlı Gülbəniz Camalovadır. Yaralı qadın Salyan Mərkəzi Rayon xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən ona ilk tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdirilib. Şahidlərin dediyin dediyinə görə, piyada qadınları vuran minik avtomobiln sürücüsü dərhal hadisə yerindən uzaqlaşıb. Polis əməkdaşları tərəfindən həmin sürücünün saxlanılması istiqamətində tədbirlər həyata keçirilir. Faktla bağlı BDYP idarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Gununsesi.info