Salyanda dəhşətli yol qəzası: - ÖLƏNLƏRİN SAYI 4-Ə ÇATIB (YENİLƏNİB)

  • By admin
  • 13 İyul 2017 10:04

salyan-qaza

Salyan rayonunda baş verən qəzada ölənlərin sayı 4-ə çatıb.

Gununsesi.info-nun məlumatına görə, hadisə nəticəsində Tuhid Əliyev, Şahid Qəhrəmanov, Azad Abdulleyev və Ramiz Xudaverdiyev ölüb, Zaur adlı şəxs 1 saylı şəhər Klinik Xəstəxanasına, Aqilə Qəhrəmanova isə Respublika Klinik Xəstəxanasına  yerləşdirilib.

***

08:41

Salyanda ağır yol qəzası yaşanıb

 Hadisə Ələt-Astara yolunda qeydə alınıb. “Mercedes” markalı mikroavtobusun “KamAZ”-la toqquşması nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb.

Artıq baş verən ağır yol qəzasında  ölənlərdən ikisinin kimliyi məlum olub.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, bunlar 1993-cü il təvəllüdlü Əliyev Tuhid Mirzərəhim oğlu və 1982-ci il təvəllüdlü  Qəhrəmanov Şahid Əbdülhüseyn oğludur.

Digər ölən və yaralıların şəxsiyyətləri müəyyənləşdirilir.

Gununsesi.info