Salyanda evdə qadın meyiti tapıldı

  • By admin
  • 03 Dekabr 2022 21:35

Salyanda evdə 61 yaşlı qadının meyiti aşkarlanıb.

Gununsesi.info xəbər verir ki, hadisə Salyan şəhər A.Ağazadə küçəsi dalan 4-də qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan, 1961-ci il təvəllüdlü Səmədova İradə Sabir qızının meyiti tapılıb.

İlkin məlumata görə, evdə tək yaşayan qadına doğmaları telefonla əlaqə yaratmaq istəsələr də, zənglər cavabsız qalıb. 3-4 gündən sonra məlum olub ki, qadın yaşadığı evdə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info