
Salyanda qız qaçıran şəxslər saxlanıblar.
Bununla bağlı DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib.
O bildirib ki, fevralın 3-də günorta saatlarında Salyan Rayon Polis Şöbəsinə rayonun Kürsəngi kəndi ərazisində Yolüstü kənd sakini olan bir qızın iki nəfər tərəfindən qaçırılması barədə məlumat daxil olub:
“Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən hadisəni törədən rayonun Yeni Uluxanlı kənd sakinləri Z.Səfərli, O.İsmayıllı və M.Hüseynov müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir”.
10:08
Salyanda gənc qız qaçırılıb.
Gununsesi.info-nun xəbərinə görə, hadisə rayonun Kürsəngi kəndində qeydə alınıb.
Belə ki, rayon sakini, 1992-ci il təvəllüdlü Səfərli Zöhrab Natiq oğlu və həmkəndlisi 2003-cü il təvəllüdlü Hüseynov Mirsabir Bəhrəm oğlu ilə birlikdə 1998-ci il təvəllüdlü Aliyə Alıyevanı (ad və soyad şərti) rayonun Kürsəngi kəndi ərazisində zorla Mirsabir Hüseynovun idarə etdiyi VAZ-2106 markalı avtomobilə oturduraraq evlənmək məqsədilə aparıblar.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Gununsesi.info