Salyanda həyət evlərində keçirilən toy məclislərində karantin qaydaları pozulub – FOTO

  • By admin
  • 25 İyul 2021 12:51

Salyan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

HTML tutorial

Bildirilib ki, keçirilən tədbirlər nəticəsində rayonun Qardili kənd sakini Məhərrəm Lətifovun, Yenikənd kənd sakini Xaləddin Əzizovun və Qarabağlı kənd sakini Zaur Qurbanovun mövcud qaydaları pozaraq yaşayış evlərinin həyətlərində təyin olunmuş saydan artıq qonağın iştirakı ilə toy məclisləri keçirdikləri müəyyən olunub.

Aşkarlanan qayda pozuntuları ilə bağlı ev sahibləri və məclis iştirakçıları barəsində qanunamüvafiq tədbirlər görülüb.

Gununsesi.info