
Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info apa-ya istinadən yerli bürosunun verdiyi məlumata görə, rayonun Qaraçala kəndində VAZ 2106 markalı minik avtomobili ilə yük avtomobili toqquşub.
Nəticədə Əliyev Rövşən Maarif oğlu və onun anası Əliyeva Gülxara Kamil qızı ölüb. Ölənlərin Salyan rayonu Qaraçala kənd sakinləri olduğu bildirilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Gununsesi.info