Salyanda naməlum kişi meyiti tapılıb.
Gununsesi.info xəbər verir ki, ötən gün axşam saatlarında Ələt-Astara magistral yolunun 17-ci kilometrliyində Salyanın Kürsəngi kəndi ərazisində kişi meyiti tapılıb. Təxminən 30-35 yaşında olan kişinin meyiti daxili və xarici müayinə üçün məhkəmə tibbi ekspertiziyaya gətirilib. Lakin indiyə kimi həmin meyitin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info